Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Milli Qəhrəmanın ailəsinə Bakıda üçotaqlı mənzil verildi

Milli Qəhrəmanın ailəsinə Bakıda üçotaqlı mənzil verildi

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Milli Qəhrəman Çingiz Qurbanovun ailəsinə dövlət tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir.

Virtualaz.org-un məlumatına görə, dövlət başçısı Ç.Qurbanovun ailəsinin sosial təminatının gücləndirilməsi, o cümlədən Bakı şəhərində 3 otaqlı mənzil ayrılması və həmin mənzildə təmir işlərinin həyata keçirilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarına göstəriş verib. Bundan başqa, Milli Qəhrəmanın ailəsinə Qusar rayonunda ayrılmış torpaq sahəsində fərdi yaşayış evinin tikintisi ilə bağlı tədbirlər görülür.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Çingiz Salman oğlu Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub.

Ç.Qurbanovun cəsədi Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Bakıda təntənəli vida mərasimi keçirildikdən sonra şəhid Ç.Qurbanov fevralın 6-da doğulduğu Qusar rayonunda Şəhidlər xiyabanında dəfn edilib.

Fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə sərəncam imzalayıb.

Dövlət başçısı fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailəsini qəbul edib.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın