Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Milli Qəhrəman adından imtina etmiş qəhrəmanımız – VİDEO

Milli Qəhrəman adından imtina etmiş qəhrəmanımız – VİDEO

Moderator.az jurnalist Röyanın  20 yanvar əlili, Qarabağ döyüşlərinin qəhrəmanı, Çeçenistanın Milli Qəhərmanı Arif Vəli oğlu Məhərrəmov haqqında hazırladığı video materialı təqdim edir.
Xatırladaq ki, Arif Məhərrəmov 1990-cı ildə 20 Yanvar hadisələri zamanı  rus-erməni ordusunun 3 rəngli bayrağımızı ayaqları altına atıb təhqir etmək istəyən əsgərlərinə qarşı çıxıb. Həyat yoldaşı Şəfəq xanımla birlikdə bayrağımıza sarılaraq əliyalın vəziyyətdə düşmən üstünə yeriyib. Həmin vaxt özü yaralanıb, həyat yoldaşı isə ağır beyin xəsarəti alaraq əlil olub.
Daha sonra özü də Qarabağ uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Ancaq Heydər Əliyevin götərişi ilə müalicəsinə ayrılmış vəsaiti cəbhədə döyüşən əsgərlərin təchizatına yönləndirib.
Bütün igidliklərini, qəhrəmanlıqlarını nəzərə alıb Arif Məhərrəmova Milli Qəhrəman adı verilməsi təklif olunub. Amma o, müharibənin hələ bitmədiyini əsas gətirərək bu addan imtina edib.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın