Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Milli Məclisin deputatları Gürcüstana gedir

Milli Məclisin deputatları Gürcüstana gedir

Aprelin 23-dən 25-dək Gürcüstanın Batumi şəhərində NATO Parlament Assambleyasının 97-ci “Rouz-Rout” seminarı keçiriləcək.

Bu barədə  Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Milli Məclisin deputatları – Məlahət İbrahimqızı və Kamran Bayramov iştirak edəcəklər.

Seminarda Yeni geosiyasi şəraitdə Gürcüstan və Qara dəniz regionu, Qara dəniz bölgəsində təhlükəsizlik və avro-atlantik inteqrasiya, Rusiyanın inkişaf strategiyasının Cənubi Qafqazda və daha geniş Qara dəniz bölgəsində təhlükəsizlik vəziyyətinə təsiri, Gürcüstandakı islahatlar və demokratiya, Gürcüstanın vətəndaş cəmiyyətində dəyərlər və dayanıqlılıq, Parlament demokratiyasına keçid və digər regional məsələlər barədə məruzələr dinləniləcək, mövzular ətrafında müzakirələr aparılacaq.

Tədbirdə Milli Məclisin deputatları çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …