Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Milli Assambleyada siyasi oyunları qətiyyətlə pisləyirik” – Fransız deputat

“Milli Assambleyada siyasi oyunları qətiyyətlə pisləyirik” – Fransız deputat

Debatlar zamanı Milli Assambleyada idim. Üç deputat səsə qoyulan qətnamə təklifinin əleyhinə səs verdi. Zalda cəmi 120 deputatdan və digər nümayəndələrdən ibarət 200 nəfər var idi. Deputatların yarısı yox idi. Debatlarda qətnamənin lehinə olan deputatlara söz verildi. Bununla da Assambleyada söz azadlığı pozuldu.

Bunu Fransa Milli Assambleyasının deputatı, Fransa-Azərbaycan parlamentlər arası dostluq qrupunun vitse-prezidenti Jerom Lamber Assambleyada “Avropada və Şərqdə erməni xalqının və xristian icmalarının müdafiəsinə dair qətnamə layihəsi” adlı sənədin müzakirəsi ilə bağlı deyib.

Fransız parlamentari bildirib ki, debatlarda yalnız ermənipərəst deputatlara çıxış üçün şərait yaradılıb. Digər deputatlar Assambleyanın toplantısından qəsdən uzaqlaşdırılıb:

“Milli Assambleyanın 577 deputatından yalnız 188-i qətnamənin lehinə səs verib. Onların hamısı erməni mənşəli seçiciləri olanlardır. Əlbəttə, biz Milli Assambleyada bu cür siyasi oyunları qətiyyətlə pisləyirik. Belə riyakarlıq Fransa ilə Azərbaycan arasında münasibətlərə mənfi təsir göstərir. Biz bundan təəssüf hissi keçiririk”, – deyə Jerom Lamber qeyd edib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …