Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Millət vəkili Sabunçu hadisələrindən danışdı

Millət vəkili Sabunçu hadisələrindən danışdı

Azərbaycanda qanun qarşısında hamı bərabərdir.

Bunu YAP-dan olan millət vəkili Aydın Mirzəzadə dilə gətirib.

Onun sözlərinə görə, kimliyindən, siyasi və ya dini baxışlarından asılı olmayaraq, qanuna hörmət etmək hamı üçün məcburidir.

O, deyib ki, bu baxımdan, Sabunçuda baş verən hadisələr ilk növbədə bəzi qrupların qanun çərçivəsində hərəkət etmək istəməmələrindən irəli gəlib.

“Hüquq-mühafizə orqanlarının da atdığı addımlar onların öz üzərinə düşən vəzifəni yerinə yerirməsi ilə bağlıdır.

Yəni ümumən götürdükdə Azərbaycanda sabitlik, təhlükəsizlik, qanunun aliliyi ilk növbədə qanuna hörmətdən başlayır və buna əməl etmək də hər kəsin borcudur” – deyə, YAP funksioneri daha sonra sözlərinə əlavə edib

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın