Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Millət vəkili adını daşıyan, icra başçısı kürsüsünü tutanlardan utanc gətirəcək etinasızlıq…

Millət vəkili adını daşıyan, icra başçısı kürsüsünü tutanlardan utanc gətirəcək etinasızlıq…

Dünən Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin oğlu Emin Eliyevlə tanış oldum, söhbətləşdik. Çox gərgin, eləcə də aqressiv idi. Deməli, iki il əvvəl 16 illik hərbi xidmətdən sonra mayor rutbəsindən xəstəlik səbəbindən tərxis olunub, hələ də pensiya ala bilmir. Bilirəm ki, ordudakı idarəçilik, mühit onu daha çox narahat edib, nəinki xəstəlik. İndi işsizdir, şəxsi maşını ilə “taksovatlıq” edir. Əliyar kimi bir qəhrəmanın oğlu, 16 illik hərbiçi, bu gün də sevgi ilə, sayğı ilə anılan hərbiçi dolanışıq dərdinə qalıb. Normal evi belə yoxdu, uşaqları quru yerdə yatır, normal mebeləri belə yoxdur. Diqqət elədim, mobil telefonu da 30 manatlıq telefonlardan idi.
Deyir ki, məni 16 illik xidmətimin qiymətləndirilməməsi, sosial durumumun ağırlığı, işsizlik, kasıblıq qətiyyən incitmir. Kiməsə minnətşi düşməyi də özünə sığışdırmır. Amma atası, hamımızın müqəddəsi, ölkənin Milli Qəhrəmanı Əliyar Əliyevin Sumqayıtda 42-ci məhəllədə gözdən uzaq bir yerdə qoyulan abidəsinin bərbad günə düşməsindən çox narahatdır. Haqlı olaraq, dövlətdən də, millətdən də, narazıdır. Azərbaycanın Milli Qəhrəmanının abidəsi nəyə görə o vəziyyətdə olmalıdır. Köhnəlmiş, kiflənmiş aqlaydaşını mamır basıb, gün qəhrəmanın şəklini də bozardıb. Amma bu abidəni abadlaşdırmalı olan səlahiyyətli şəxslərin üzündə zərrə qədər qızarma, bozarma yoxdur. Emin Əliyev so günlər boş dayanmayıb, özü və dostları ilə abidə ətrafında təmizlik işləri görüb, amma orda abadlıq aparmaq onun imkanı xaricindədir. Bununla bağlı QUBADLI RAYONU icra hakimiyyətinin başçısı Malik İsaqova, Qubadlı sakinlərini Milli Məclisdə təmsil edən İmamverdi İsmayılova müraciət edib. İmamverdi İsmayılov da iki yüz manat göndərib ki, gücüm buna çatır. Təsəvvür edirsiz? 200 manat. O pul yoldaş deputatın 3 günlük benzin puludur eee. Milli Qəhrəmana layiq gördüyü qiymətə bax. Söhbət puldan getmir. Bir dəfə nə zaman Milli Məclisdə səsini çıxarıb, camaatın dərdindən danışıb. İl dönümlərində boğazdan yuxarı “Əliyar Əlyev bizim fəxrimizdir” deməklə iş bitmir. Siz Əliyar qədri bilsəydiniz, onun oğlu zülm çəkməzdi, abidəsi o gündə olmazdı.
Qəhrəmanın ailəsi heç nə istəmir. Sumqayıtda küçələrdən birinə Əliyar Əliyevin adının verilməsini, Qubadlı camaatının kompakt yaşadığı ərazidə abidəsinin ucaldılmasını istəyir. Çoxmu şey istəyirlər? Nə qədər ki, dövləti Malik İsaqov kimi icra başçıları, xalqı İmamverdi İsmayılov kimi deputatlar təmsil edəcək, qəhrəmanlıq barədə ancaq boğazdan yuxarı danışılacaq, heç kim qəhrəmanlıq etmək istəməyəcək. Ki həqiqi qəhrəmanlara münasibət ortadadır.
Son olaraq, onu da qeyd edim ki, Milli Qəhrəmanın oğli Emin Əliyevlə çox sayda yüksək çinli məmur, deputat görüşüb, hamısı da “Sən bizim qardaşımızsan, qəhrəmanımızın yadigarısan, hər zaman arxandayıq” deyiblər. Adlarını çəkməyi özü imkan vermir. Yoxsa hamısı bir-bir ifşa eləmək olar. Nə isə…
Əziz dostlar, lütfən bunu paylaşın. Qoyun, bu biabırçılığı hər kəs bilsin…
P.S. İndicə aldığım məlumata görə, Qubadlı rayon icra hakimiyyəti sabahdan sözügedən abidənin abadlaşdırılmasına qərar verib. Qəhrəmanımızın oğlunu da qəbul edib problemləri ilə maraqlansalar, yaxşı olar.
Zaur Əhməd, Jurnalist, Şəhid oğlu

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …