Ana səhifə / Siyasət / Mikayıl Cabbarov federasiya prezidenti oldu

Mikayıl Cabbarov federasiya prezidenti oldu

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Badminton Federasiyasının prezidenti seçilib.

AZƏRTAC xəbər verir ki, bu barədə birinci Avropa Oyunlarında medal qazanan idmançılarımızla iyunun 17-də Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) keçirilən görüşdə gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

A.Rəhimov bildirib ki, iyunun 17-də MOK-da Azərbaycan Badminton Federasiyasının hesabat-seçki konfransı keçirilib. Konfransda təhsil naziri Mikayıl Cabbarov yekdilliklə federasiya prezidenti seçilib.

*     *     * 12:33

Bu gün Milli Olimpiya Komitəsində Azərbaycan Badminton Federasiyasının hesabat-seçki konfransı keçiriləcək.

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimovun “Report”a verdiyi məlumata görə, iclasda federasiyaya yeni prezident seçkisi keçiriləcək.

M.Rəhimov bildirib ki, bu vəzifəyə yeganə namizəd təhsil naziri Mikayıl Cabbarovdur: “Biz badmintonda kütləvilik yaratmaq istəyirik. Bunun üçün imkanlar da var. Orta və ali məktəblərin idman zalları vasitəsilə, eləcə də şagird və tələbələrdə maraq yaratmaqla badmintonu inkişaf etdirmək olar”.

Qeyd edək ki, Azərbaycan Badminton Federasiyasının əvvəlki prezidenti Kamal Abdulla olub.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın