Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Meyxanaçı Kərimin həkimi: “Sağalması üçün siqaretdən, içkidən uzaq olmalıdır”

Meyxanaçı Kərimin həkimi: “Sağalması üçün siqaretdən, içkidən uzaq olmalıdır”

İnsult keçirən meyxanaçı Kərim xəstə kimi insanların yaddaşında qalmamaq üçün media qarşısına çıxmaq istəmir.

Bir müddət əvvəl beyninə qan sızan və Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən tanınmış meyxanaçı Ağakərimin (Kərim Novruzov) səhhətinin yaxşı olduğu və artıq palataya köçürülməsi barədə xəbər vermişdik.

Musavat.com saytının əməkdaşı meyxanaçını ziyarət etmək üçün xəstəxanaya yollanıb. Lakin Ağakərimin ailə üzvləri sənətçinin media qarşısına çıxmaq istəmədiyini deyib. Onlar bildiriblər ki, meyxanaçı xəstə halda insanların yaddaşında qalmamaq üçün belə bir qərar qəbul edib.

Meyxanaçının həkimi Ramilə Qəhrəmanova saytımıza açıqlamasında bildirib ki, meyxanaçı bu gün evə buraxılacaq: “Kərim təcili yardım vasitəsilə yüksək təzyiq və şəkərli diabetlə xəstəxanaya gətirildi. İnsult aşkarlandı. Şükür Allaha yaxşı sağaldı və sağlamlığıa bərpa olundu. 10 gündür ki, xəstəxanadadır. Artıq insultun kəskin dövrü keçib. Xəstəxanaya gətirilərkən hərəkətləri tam pozulmamışdı, bir az huşsuz idi. Hazırda huşu da yerinə qayıdıb və nitqi də yaxşıdır, iflici qalmayıb. Hazırda aktivdir və ayaqqüstədir. İnşallah, evə yola salacağıq. Evdə müalicəsi davam edəcək. Adi xəstə kimi kontrol müayinələrə gələcək”.

R.Qəhrəmanova qeyd edib ki, tam sağalması üçün sənətçi ciddi rejimdə pəhriz saxlamalı, zərərli vərdişlərdən uzaq olmalıdır: “Şəkərli diabetə uyğun pəhriz saxlamalıdır. Siqaretdən və içkidən uzaq olmalıdır. Bununla yanaşı dərmanları içməlidir ki, bir daha bu hadisə davam etməsin. İnsult keçirən adamlar iki ay özünü gözləməlidir. Kərim bəy ev şəraitində müalicə olunandan sonra səhhəti imkan versə, sənətini davam edə biləcək”.

 

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın