Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Meytu Brayza Ağdama səfər edəcək

Meytu Brayza Ağdama səfər edəcək

ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayza Bakıya səfər edib.

Bu barədə “Report” məlumat yayıb.

“İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazın gələcəyini müzakirə etmək üçün toplaşacaq beynəlxalq analitiklər qrupunun tərkibində ADA Universitetinin və AIM Prezident Mərkəzinin qonağı olmaqdan şərəf duyuram.

Bazar günü Azərbaycan hökumətinin yüksək vəzifəli şəxsləri ilə görüşmək imkanım olacaq. Bazar ertəsi günü Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərinə səfərim planlaşdırılıb, çərşənbə axşamı isə ADA Universitetində keçiriləcək və cənab Prezident İlham Əliyev, Xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə müzakirələrin də daxil olduğu konfransda iştirak etməliyəm”, – deyə Metyu Brayza bildirib.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …