Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Meydan TV-nin üç xanım əməkdaşı saxlanıldı və.. buraxıldı

Meydan TV-nin üç xanım əməkdaşı saxlanıldı və.. buraxıldı

İnternet TV-yətəzyiqlər şiddətlənir; Emil Milli: “Bizə qarşı müharibə aparılır”…

Meydan TV ilə əməkdaşlıq edən üç qadın jurnalist – Aytən Fərhadova, Sevinc Vaqifqızı və İzolda Ağayeva sentyabrın 20-nə keçən gecə saat 1 radələrində Binə Hava Limanında saxlanılıblar.

 
Ukraynadan təlimdən qayıdan jurnalistlərə bildirilib ki, onların adı sistemdə bloklanıb və ölkədən çıxışlarına qadağa qoyulub. Bundan sonra onlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıblar. Sevinc Vaqifqızı jurnalistlərə açıqlamasında “çox güman ki, Meydan TV ilə əməkdaşlığımıza görə saxlanılmışıq” – deyib.
Xanım jurnalistlərlə sorğu-sual zamanı Mingəçevir hadisələri və Meydan TV-nin fəaliyyəti ilə bağlı maraqlanıblar.
Sentyabrın 20-də saat 12.30 radələrində DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan jurnalistlər azad edilib. Bu barədə Meydan TV-yə saxlanılanlardan Sevinc Vaqifqızı bildirib.
Saxlanan jurnalistlər Mütəşəkkil Cinayətkarlıqla Mübariə İdarəsinə aprılarkən. (20 sentyabr 2015)
Onun sözlərinə görə, onlarla sorğu-sual zamanı Mingəçevir hadisələri və Meydan TV-nin fəaliyyəti ilə bağlı maraqlanıblar. İşi prokurorluq və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparıb. “Bizi idarənin rəis müavini Murad Quliyev dindirirdi”.
Bununla yanaşı, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Meydan TV ilə əməkdaşlıq edən Şirin Abbasov saxlanılır. O, 30 sutka azadlıqdan məhrum edilib. Ancaq bu günə qədər vəkili ilə görüşə icazə verilmir.
Sentyabrın 16-da Meydan TV-nin iki xanım əməkdaşı da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dindiriliblər. Onlardan Meydan TV-dəki fəaliyyətləri, TV-nin rəhbəri, eləcə də Mingəçevir hadisələri zamanı polis bölməsində ölmüş Bəhruz Hacıyevin morqdakı videosunu kimin və necə çəkməsi, müxbirlərin nə qədər maaş alması haqda soruşublar.
Jurnalistlər saxlanarkən
Baş Prokurorluğun mətbuat xidmətindən Eldar Sultanov Azadlıq Radiosuna demişdi ki, Meydan TV-yə qarşı hər hansı cinayət işi açılmayıb. Jurnalistlər isə Mingəçevir hadisələrinə görə dindirilirlər.
Meydan TV-nin rəhbəri Emin Milli isə sosial şəbəkədəki statusunda bu olay barədə məlumat verərək, bunu Meydan TV-yə qarşı müharibə adlandırıb.
Müsavat Partiyasının başqanı Arif Hacılı Bakı Hava Limanında Meydan TV ilə əməkdaşlıq edən 3 xanım jurnalistin saxlanması barədə öz Facebook səhifəsində münasibət bildirib: 
 
“37-ci ildən sonra şər imperiyası adlandırılan Sovetlər Birliyində belə xanımlar siyasi baxışlarına görə həbs edilmirdi. Hətta həmin dövrdə həbs olunan şair Mikayıl Müşfiqin Dilbərini bir yol tapıb azadlığa buraxmışdılar. Elçibəyin ”qızıl amnistiya”sından sonra həbsxanalarda, demək olar ki, qadın qalmamışdı. İndi siyasi mövqeyini açıq bildirən xanımların, 18-20 yaşlı çocuqlarımıızın həbs edilməsi İlham Əliyevin Azərbaycan siyasətinə gətirdiyi bir yenilikdir”,- deyə Müsavat başqanı yazıb.
Müsavatın eks-başqanı İsa Qəmbər isə sosial şəbəkədəki statusunda bu məsələyə belə münasibət bildirib: “Üç gənc xanımın – cəsarətli və fədakar jurnalistlərin həbsi demokratik düşərgəni bir gecə, amerikalılar demişkən, ciddi narahatlıqda saxladı. Əslində biz də deyiləsi mümkün olan sözlərin çoxunu demişik: rejim cəmiyyətə meydan oxuyur; bütün qırmızı xətləri keçir; söz azadlığına, media azadlığına qarşı müharibə aparır; insanları qorxutmağa çalışır və s. Amma qeyd edək ki, Əliyev rejimi daha bir ilk yaratdı – adamları çamadan qarışıq həbs etmək”.
16 beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycanda Meydan TV-nin jurnalistlərinin hüquqlarının müdafiəsinə qalxıb. Norveç Helsinki Komitəsi, PEN Amerika Mərkəzi, ARTICLE 19, “İndex on Censorship”, “Beynəlxalq Media Dəstəyi”, “People in Need” və s. təşkilatların imza atdığı bəyanatda Meydan TV-nin əməkdaşı Şirin Abbasovun saxlanması, digər əməkdaşlara təzyiqlər pislənir.
“Beynəlxalq Media Dəstəyi” Təşkilatının icraçı direktoru Jesper Hojbergin fikrincə, Şirin Abbasovun həbsi göstərir ki, Azərbaycan hakimiyyətinin müstəqil mediadan əl çəkmək fikri yoxdur. Onun dediyinə görə, hökumət tənqidləri, az sayda qalan medianı da boğmaqla Azərbaycanda yaxınlaşan parlament seçkilərinin işıqlandırılmasının qarşısını almaq istəyir.

 

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın