Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Metyu Brayza kimi qorumağa çalışır? – Təhlil

Metyu Brayza kimi qorumağa çalışır? – Təhlil

regnum.ru, 19.01.2018

ABŞ-ın Azərbaycandakı dipmissiyasının keçmiş rəhbəri, ATƏT Minsk Qrupunun keçmiş həmsədri, indi isə Tallinndə Müdafiə Araşdırmaları Mərkəzinin rəhbəri Metyu Brayza Cənubi Qafqaza yaxşı bələd olanlardan biri nüfuzuna malikdir. Dövlət Departamentindəki bəzi silahdaşları onu hətta “Cənubi Qafqaz üzrə adam” adlandırırlar. MKİ-nin keçmiş direktoru Maykl Heyden isə bildirib ki, bu diplomatda “elm, təcrübə və vicdanın düzgün uyğunluğu”nu görür. Təsadüfi deyil ki, Cənubi Qafqazın, xüsusən Azərbaycanın bir çox KİV-ləri Brayzadan tez-tez “yaxşı məlumatlandırılmış nyusmeyker” kimi faydalanır. Düzdür, onun söylədiyi bütün proqnozlar heç də həmişə doğrulmur. Məsələn, Brayza ABŞ-da prezident seçkiləri kampaniyasının gedişində Cənubi Qafqazda Amerika siyasətinin mümkün dəyişikliklərini şərh edərkən deyib ki, bu, baş verməyəcək, “kimin növbəti prezident olacağından asılı olmayaraq Vaşinqtonun bu bölgəyə baxışları” dəyişməyəcək. ABŞ prezidenti Barak Obama onun özəl şərhində İrana cinah basqısını zəiflətməyə və Rusiya ilə münasibətləri yenidənyükləməyə gedərək “sələfi kiçik Corc Buşun təzavüzkar siyasətini yığışdırmaq istəyirdi”. Ancaq  sonradan Gürcüstanla yaxınlaşma və Cənubi Qafqazda Amerika mövqelərinin möhkəmləndirilməsinə gedib, amma Tiflisə silah satmağa hazırlaşmayıb.

Brayza indi Amerika Konqresinin Gürcüstana tanka qarşı “Javelin” raket komplekslərinin tədarükünə razılığından danşaraq bildirib ki, bu təşəbbüs bütünlükdə qanunvericilərə məxsusdur, çünki “ABŞ prezidenti Donald Tramp praktik olaraq bələd olmadığı Qafqazarxasına özəl diqqət ayırmır”. Hətta Trampın çevrəsində “Qafqazarxasıyla ixtisaslamış şəkildə məşğul olacaq bir nəfər də yoxdur”. Bundan çıxır ki: bu bölgədə siyasəti prezident deyil, Konqres bina edir. Bəli, bu cür mülahizələr ABŞ-da hazırda Trampın ətrafında aparılan kəskin mübarizəni əks etdirir. Lakin bu, Amerikanın Qafqazarxası siyasətinin ixtisaslaşdırılmasına məntiqi təməl qəbul edilsə, maraqlı mənzərə alınır.

Vaşinqtonun ancaq Konqresə söykənməklə Qafqazarxasında siyasət qurması bu bölgədə Amerika vektorunu dəyişdirir. Bu, bir.

İkincisi: təsadüfi deyil ki, Trampa qarşı çıxış edən Amerika analitikləri “ABŞ-ın bu bölgədəki müttəfiqlərinin özlərini aldadılmış hiss etdikərini” iddia edərək  prezidentin Qafqazarxası siyasətinin  tənqidini tezləşdiriblər.  Foreign Policy Research Institute-nun bu günlərdə meydana çıxmış, “NATO-nun Cənubi Qafqazda olmasının azalan aktuallığı və bu bölgənin alyans üçün önəminin azaldığı” faktını etiraf edən araşdırmasını göstərmək yetərlidir.

Karnegi mərkəzinin “Tramp administrasiyasının bu bölgəyə marağı itirdiyinə”işarə edən və “ABŞ-ın bölgə maraqlarının Cənubi Qafqazın ən yaxın hüdudlarından kənara çıxdığı”nın vurğulandığı məruzəsini də xatırlamaq olar.

Lakin Tramp, doğrudanmı, Qafqazarxasını tərk etmək niyyətindədir və Brayzanın saydığı kimi doğrudanmı Konqres ona mane olur? Bizim baxışımızca, problem başqa şeydədir.  Bill Klinton birinci prezidentlik müddətində İranın qarşısını almaq siyasətini təqib edib və bölgədə Rusiyanı birinci yerə qoyub. Bu siyasətin memarı Stroub Tolbott idi. Amerikalılar sonra kursu dəyişib və Azərbaycanın bölgəsəl energetika laiyihələri vasitəsilə Rusiyanın bölgədən sıxışıdırılıb çıxarılmasına isnad ediblər. Tehran sanksiyalar şəraitində yaşayırdı ki, bu da Bakını bölgədə, az qala, ilk mövqelərə çıxarır və Ankara ilə sıx strateji alyansa itələyirdi. İran cavabında Qafqazarxasında Ermənistanı fəal şəkildə dəstəkləməyə və Gürcüstanla iqtisadi, siyasi münasibətləri inkişaf etdirməyə  başlamışdı. Obama Tehranla nüvə sazişini dəstəkləyəndə durum hiss olunası dərəcədə dəyişməyə başladı, Qərb ölkələri isə İran üzərindən bəzi sanksiyaları götürdü.

Tramp bu sazişi “fəlakət” sayır və ləğv etmək üçün səylər göstərir. O, eyni zamanda kürd problemi üzündən Türkiyə ilə münasibətləri kəskin şəkildə mürəkkəbləşdirməyə gedir. Harvard universiteti nəzdindəki Belfer mərkəzinin eksperti Mariana Bucerin hesab edir ki, Trampın İrana dair siyasəti qarşıdurma xarakteri daşımağı sürdürsə, “ABŞ Yaxın Şərqə cəlb edilməyi artırmağa başlayacaq, Cənubi Qafqaz isə Əfqanıstan əməliyyatı dönəmindəki kimi ona hərbi baza qismində gərək ola bilər”. Vaşinqton eyni zamanda müxtəlif səbəblərə görə Bakı, Tiflis və İrəvanı vahid Qafqaz siyasəti kontekstində deyil, yalnız ikitərəfli münasibətlər baxımından nəzərdən keçirir.

Və deyəsən, indi Gürcüstana – Qərbyönlü özəllikli xarici siyasət sərgiləyən, böyük geopolitik oyunun obyekti olmaqdan imtina edər kimi görünməkdən qorxmayaraq geopolitik xəritədə müəyyən yer tutmağa can atan ölkəyə istinad edir. Bununla yanaşı, gürcü politoloqu David Darçiaşvilinin saydığı kimi, Tiflis “bütün bölgədə ABŞ siyasətinin müttəfiqi olur, bu, Orta Şərqin daha geniş ərazilərinə yayıla bilər” – daha dəqiqi, İran istiqamətinə.

Budur, belə çıxır ki, Konqres və Ağ Ev Gürcüstana münasibətdə xeyirxah və şər polis rolunu oynayır. Qaldı ki Azərbaycana, Bakının əksər ekspertlərinin hesab etdikləri kimi, o, Trampın elan etdiyi, Vaşinqtonun Moskva və Tehranla qarşıdurmasının güclənəcəyini elan edən yeni milli təhlükəsizlik strategiyasıyla bağlı çətin duruma düşüb. “Bir tərəfdən, Türkiyənin Qərblə münasibətlərinin pisləşməsi, – bakılı bir ekspert yazır. – digər yandan ABŞ-ın Rusiya və İranla qarşıdurmasının güclənməsi. Bütün bunlar Azərbaycanın bu ölkələrin maraqları arasında “qızılı orta”nı tapmaq imkanlarını daraldır”.

Üstəgəl, Azərbaycan üçün yeganə “Qərb qapısı olan Amerikayönlü Gürcüstan”. Bunu “Vaşinqtonun Qafqazarxası günahlarını”, aydınlaşdığı kimi, “təcridçi” deyilən meyllərinin də olduqca özəl geopolitik xarakterə malik olduğu Trampın ayağına yazan Brayza da anlayır.  (Strateq.az)

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …