Ana səhifə / Siyasət / “Mehridən Naxçıvana kommunikasiya xəttinin açılması müzakirə olunacaq“ – Hikmət Hacıyev

“Mehridən Naxçıvana kommunikasiya xəttinin açılması müzakirə olunacaq“ – Hikmət Hacıyev

“Türkiyə və Azərbaycan əlaqələrinin gələcəkdə də bu şəkildə inkişaf edəcəyini deyə bilərik”.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili  Mərkəzi və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə bu gün keçirilən “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan və Türkiyə əlaqələrini artıq bütün regionun siyasətini dəyişdirə biləcək şəkildə inkişaf etdirib: “Gələn dövrlər ərzində də bizim qarşımızda duran əsas iş bu əlaqələrin bütün sahələrdə inkişafına nail olmaqdır”.

H. Hacyev 2018-ci ildə Azərbaycanda keçirilən hərbi paradın çox böyük əhəmiyyəti olduğunu bildirib: “100 il öncə qardaş Türkiyənin dəstəyi ilə Bakı azad edilmişdi”.

Prezidentin köməkçisi qeyd edib ki, 100 il sonra bu hadisəni bir daha təkrarlanıb: “Bu, sıradan hərbi parad deyildi. Bu, bizim ölkələrimizin birliyinin təcəssümü idi. 2020-ci ilin iyununda erməni təxribatlarına qardaş Türkiyə yetkililərinin bizə verdiyi dəstək də regionda yürüdülən siyasətə təsir etdi. Eyni zamanda hər bir türk vətəndaşının Azərbaycanın yanında olması bizi qürurlandırdı. Nəticədə, illərdir davam edən işğaldan azad olduq”. APA

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …