Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Mehriban Əliyevadan imkansızlara hədiyyə – Fotolar

Mehriban Əliyevadan imkansızlara hədiyyə – Fotolar

Heydər Əliyev Fondu tərəfindən 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə aztəminatlı ailələrə bayram sovqatları paylanılır.

Qafqazinfo” xəbər verir ki, Fondun mətbuat xidmətinin məlumatına görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə respublika üzrə ünvanlı sosial yardım alan bütün ailələri əhatə edir.

Bayram sovqatları dekabrın 23-dən etibarən respublikanın bütün rayon və şəhərlərində ünvanlı sosial yardım alan ailələrə çatdırılmağa başlanılıb.

Layihə çərçivəsində 165 mindən çox aztəminatlı ailəyə Heydər Əliyev Fondunun bayram sovqatları paylanılacaq.

Heydər Əliyev Fondu tərəfindən başlanılan aksiya Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə həyata keçirilir. Fond, eyni zamanda, digər təşkilat və şirkətləri də bu layihəyə qoşulmağa çağırır.

Mehriban Əliyevadan imkansızlara hədiyyə  -  Fotolar
Mehriban Əliyevadan imkansızlara hədiyyə  -  Fotolar
Mehriban Əliyevadan imkansızlara hədiyyə  -  Fotolar
Mehriban Əliyevadan imkansızlara hədiyyə  -  Fotolar

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın