Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Mehriban Əliyeva Prezidenti belə təbrik etdi – VİDEO

Mehriban Əliyeva Prezidenti belə təbrik etdi – VİDEO

Bu gün Prezident İlham Əliyevin 54 yaşı tamam olur.
Dövlət başçısı 1961-ci il dekabrın 24-də Bakıda dünyaya göz açıb.
Ölkə başçısı paytaxtın 6 saylı orta məktəbində təhsil alıb. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olub.
1991-94-cü illərdə özəl biznes sahəsində çalışıb. 1994-cü ildən 2003-cü ilin avqustunadək Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olub. Siyasi elmlər doktorudur.
1995-ci və 2000-ci illərdə Milli Məclisə deputat seçilib. 2003-cü ildə baş nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.
1997-ci ildən Milli Olimpiya Komitəsinin prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib.
1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Milli Məclisin nümayəndə heyətinin rəhbəri olub. AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilib.
2003-cü il avqustun 4-də baş nazir təyin edilib.
2003-cü il 15 oktyabrda prezident seçilib.
2008 və 2013-cü illərdə təkrarən prezident seçilib.
Ailəlidir. Üç övladı, dörd nəvəsi var.
 
Moderator.az Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Prezident İlham Əliyevə ötənilki ad günü təbrikini təqdim edir:

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın