Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Mehman Kərimlinin oğlu dəfn edildi

Mehman Kərimlinin oğlu dəfn edildi

Bu gün Müsavatın Məclis üzvü və partiyanın mətbuat xidməyinin əməkdaşı Mehman Kərimlinin kiçik oğlu Kamranın dəfn mərasimi keçirilib. İsveçin Yelivare şəhərində vaxtsız və faciəvi şəkildə vəfat edən Kamran Kərimli bu gün Sulutəpə qəbirstanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun qohumları, dostları və müsavatçılar  qatılıblar. Mərhumun ruhuna dualar oxunduqdan sonra Müsavat başqanı Arif Hacılı, istiqlalçı millət vəkili İsgəndər Həmidov və Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər çıxış edərək Mehman Kərimlinin və onun ailə üzvlərinin dərdinə şərik olduqlarını ifadə ediblər.
Kamran Kərimli üçün üç mərasimi bazar günü Mehman Kərimlinin Sulutəpədəki evində oacaq. Qadanlar üçün mərasim saat 12:00-da, kişilər üçün mərasim isə 14:00-da başlanacaq.
Allah rəhmət eləsin!

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın