Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Mehman Hüseynovun qardaşı: “Mətbuat konfransı keçirəcəm”

Mehman Hüseynovun qardaşı: “Mətbuat konfransı keçirəcəm”

Suraxanı rayon Məhkəməsində Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin video-bloqqer Mehman Hüseynova qarşı verdiyi xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə prosesi keçirilib. Məhkəmənin hökmü ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib.

Bloqqerin qardaşı, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri, hüquq müdafiəçisi Emin Hüseynov musavat.com-a bu barədə açıqlama verib. E.Hüseynov saytımıza açıqlamasında bildirib ki, məsələ ilə bağlı mətbuat konfransı keçirəcək.

Onun sözlərinə görə, mətbuat konfransı canlı olaraq yayımlanacaq: “Azərbaycanda olan jurnalistlər suallarını canlı yayım vasitəsilə ünvanlaya biləcəklər”.

Hüquq müdafiəçisi mətbuat konfransının keçiriləcəyi dəqiq vaxtı açıqlamayıb.

Qeyd edək ki, 2 il müddətində azadlıqdan məhrum edilən bloqqer Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə təqsirli bilinib. M.Hüseynov məhkəmə zalında həbs edilib və Kürdəxanıda yerləşən 1 saylı İstintaq Təcridxanasına aparılıb.

 

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın