Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / MDBMİ-nin rektoru Prezident İlham Əliyevi təbrik edib

MDBMİ-nin rektoru Prezident İlham Əliyevi təbrik edib

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunov Azərbaycan Respublikasının Prezidenti, MDBMİ-nin fəxri doktoru İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Sizi tanıyanların hamısı həmişə qeyd edirlər ki, Siz istedadlı rəhbər, parlaq dövlət xadimi, öz işinə ürəkdən sadiq olan, ölkəsinin tərəqqisi və onun xalqının rifahı naminə bütün varlığı ilə çalışan şəxsiyyətsiniz.

Sizi doğum gününüz münasibətilə bir daha təbrik etməyə şadam.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, gözəl Azərbaycanın rifahı naminə nəcib işinizdə sadiq silahdaşlar və daimi uğurlar arzulayıram”.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …