Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “MDB də, KTMT də cəfəng qurumlardır”

“MDB də, KTMT də cəfəng qurumlardır”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) hərbi bloku yanında müşahidəçi və tərəfdaş statuslarında təmsilçilik yaradılacaq. 
Maraqlıdır, KTMT-nin bu şəkildə genişləndirilməsi hansı zərurətdən irəli gəlir? Bu proses Azərbaycan üçün hər hansı təhlükə kəsb edirmi?
Moderator.az-a açıqlama verən politoloq Sədrəddin Soltan KTMT-i əhəmiyyətsiz qurum kimi xarakterizə etdi:
“Azərbaycan bir müddət bu qurumun üzvü olub. Lakin bəlli bir müddət sonra bu qurumda iştirakdan imtina etdi. Bəyan etdi ki, Ermənistan işğalçıdır, Azərbaycan torpaqlarını işğal edib. Bu səbəbdən də sözügedən qurumda iştirakını dayandırdı. Bu gün Azərbaycan daha çox NATO-ya üzv olmaq istiqamətində fəaliyyət göstərir. NATO-nun tərəfdaşlıq proqramında iştirak edir. Həm NATO-da, həm də KTMT-də olmaq düz deyil. Bunlardan yalniz birini seçmək lazımdır. Rusiya bəyan edib ki, KTMT NATO-ya alternativ deyil.  Vaxtiylə NATO-ya qarşı keçmiş SSRİ Varşama Müqaviləsi Təşkilatı yaratmışdı. SSRİ-nin dağılması ilə bu qurum da dağıldı. Bu quruma üzv olan Şərqi Avropa ölkələri bu təşkilatdan çıxdı. Rusiya manevr edərək, SSRİ dağılandan sonra MDB yaratdı. Varşava Müqaviləsi Təşkilatına da alaternativ olaraq KTMT yaratdı. Istər MDB, istərsə də KTMT cəfəng qurumlardır. Bu qurumların üzv dövlətlərin təhlükəsizliyinin təmininə heç bir xeyri yoxdur.
Azərbaycan KTMT-də necə yer ala bilər ki, bu qurumun aparıcı ölkələrindən olan Ermənistan torpaqlaırmızı işğal edib? Halbuki, KTMT-nin yaradılmasında məqsəd bu quruma üzv ölkələri xarici təcavüzdən qorumaq olub. Ermənistan özü isə təcavüzkarlıq siyasəti həyata keçirib. Məntiqlə Ermənistanın bu təcavüzünün qarşısı quruma üzv digər dövlətlər tərəfindən alınmalı idi. Lakin heç nə baş vermədi. Odur ki, bu qurumda təmsilçiliyin ölkəmiz üçün hər hansı faydası yoxdur”.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …