Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Mayın 8-də Şuşada Türkiyə ilə birlikdə erməni faşizmi üzərində qələbə paradı keçirilsin” – Deputat

“Mayın 8-də Şuşada Türkiyə ilə birlikdə erməni faşizmi üzərində qələbə paradı keçirilsin” – Deputat

“Rusiya sülhməramlılarının bəzi sürprizlərinə səbr və təmkinlə, eyni zamanda adekvat addımlarla cavab verməliyik”.

Bunu deputat Fazil Mustafa Rusiya sülhməramlılarının mayın 9-da Xankəndidə hərbi parad keçirməyə hazırlaşdıqları ilə bağlı yayılan məlumatları şərh edərkən deyib.

Deputat bildirib ki, Xankəndidə parad keçirmək onların tərəfsizliyi pozması aktıdır və bu bizim gələcəkdə verəcəyimiz qərarlarda bir fakt olaraq diqqətə alınacaq:

“Burada atacağımız ən real addım 8 may tarixində Şuşada Türkiyə hərbi birləşmələri ilə birlikdə erməni faşizmi üzərində qələbə paradı keçirməkdir.  Bu tarix Şuşanın ermənilər tərəfindən işğalı günüdür və keçirilən parad işğala son qoyulmasının bir nümayişi olacaqdır. Bunun tarixi anologiyası da var. Bilindiyi kimi 1918-ci ilin oktyabr ayının 2-də Albay Cahid bəyin komandanlığı altında Azərbaycan ordusu Qafqaz İslam Ordusu ilə birlikdə məhz Şuşada erməni faşizmi üzərində qazanılan qələbəni qeyd etmək üçün möhtəşəm bir parad keçirmişdir. Təcili Türkiyə ilə bu tədbirin hazırlıq planını tərtib etməliyik. Onsuz da Ramazan ayından sonra Türkiyə prezidenti cənab Ərdoğanın azərbaycan prezidenti ilə birlikdə Şuşaya səfəri gerçəkləşəcək və bu səfər zamanı da  belə bir  paradın keçirilməsi varianıtnı da düşünmək olar. Bütün hallarda Rusiya sülhməramlılarının bölgədə öz funksiyasından uzaqlaşmasına qarşı rəsmi etirazımızı bildirməliyik”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …