Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Masallıda şəhidlə izdihamlı vidalaşma – Fotolar

Masallıda şəhidlə izdihamlı vidalaşma – Fotolar

Şəhid Nurlan Bayram oğlu Əsgərovun cənazəsi bu gün doğulduğu Masallı rayonu Kalinovka kəndində torpağa tapşırılıb. “Qafqazinfo” xəbər verir ki, 21 yaşlı Nurlan Əsgərov 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət etmək üçün könüllü olaraq hərbi xidmətini baş əsgər rütbəsində davam etdirib.

Dəfn mərasimində Masallı rayon İcra hakimiyyətinin kollektivi, hüquq mühafizə orqanları rəhbərləri, rayonun ziyalıları, ağsaqqalları şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri və minlərlə rayon sakini iştirak edib.

N. Əsgərovun cənazəsi aprelin 4-ü axşam saatlarında, böyüyüb boya-başa çatdığı Masallı rayonu Kalinovka kəndindəki yaşadığı evə gətirilmiş, Şəhidlə son vida mərasimi keçirilmiş və Şəhidin nəşi Kalinovka kənd qəbiristanlığında dəfn edilib.

N. Əsgərov dəfn olunarkən Silahlı Qüvvələrin əsgərləri havaya yaylım atəşi açıblar.

Azərbaycanın üçrəngli bayrağı şəhidin atasına təqdim edilib.

Masallıda şəhidlə izdihamlı vidalaşma -  Fotolar

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın