Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Masallıda imkanı olanlar hərbi xidmətdən yayınır… – İDDİA

Masallıda imkanı olanlar hərbi xidmətdən yayınır… – İDDİA

Artıq həqiqi hərbi xidmətə çağırış başlayıb. Valideynlər övladlarını böyük qürur hissi ilə vətənə xidmət etməyə yola salır. Lakin reallıq budur ki , hərbi xidmətdən yayınma halları bu günümüzün mövcud problemlərindən biridir.
Xatırlatma üçün bildirək ki ,ötən gün redaksiyamıza bununla bağlı məktub ünvanlanmışdı.Bolgexeber.com bildirir ki,məktubda Masallı rayonunda fəaliyyət göstərən müəyyən idarə və özəl sektorda çalışan xırda məmurların hərbi xidmətdən yayınması qeyd edilmişdi. Xəbərdə həmçinin o da bildirilirdi ki , xidmətdən yayınanlardan biri “ Amrahbank”ın Masallı rayon filialında çalışan məsul işçidir. Biz də məktubda qeyd edilən bəzi ilginc məqamlara aydınlıq gətirmək üçün həmin şəxsin kimliyini öyrənməyə çalışdıq. Belə məlum oldu ki , adı çəkilən bankın hərbi xidmətdən yayınan işçisi 1988-ci il təvəllüdlü Cahangirli Ramin Alim oğludur.
“Bolgexeber.com “ olaraq faktı dəqiqləşdirmək üçün “ Amrahbank”ın Masallı filialı ilə əlaqə saxladıq və bank belə bir işçilərinin olduğunu təsdiqlədi . Lakin o da bildirildi ki , bu məsələyə görə bank heç bir məsuliyyət daşımır. Araşdırmalarımız zamanı o da məlum oldu ki , Ramin Cahangirli 2007-ci ildə hərbi bilet alıb və 2016-cı ildə növbəti dəfə yoxlamadan keçəcək.Biz də faktı dəqiqləşdirmək məqsədilə Masallı rayon hərbi komissarlığına rəsmi müraciət ünvanlamışıq və cavab gözləyirik.
Qeyd edək ki , adı çəkilən şəxs həm də yerlibazlıqı ilə məşhurdur. Belə ki , o , Yardımlıdan olan hər hansı şəxs kredit üçün banka müraciət edərsə ona kredit ayırmır.Diqqət çəkən maraqlı məqamlardan biri də odur ki , Ramin Cahangirli Masallıdan olan yüksək vəzifəli məmura arxalanır.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın