Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Maral Tahirqızının şikayətinə baxılacaq

Maral Tahirqızının şikayətinə baxılacaq

Əxlaqsızlıq yuvaları təşkil etməkdə təqsirləndirilən müğənni Maral Tahirqızının barəsində olan məhkəmə qərarından verdiyi kassasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.

“Report”un məlumatına görə, Ali Məhkəmədə keçiriləcək iclas iyunun 7-nə təyin edilib.
İşə hakim İlham Cəfərovun sədrliyi ilə baxılacaq. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Qeyd edək ki, Gülməmmədova Maral Tahir qızı barəsində Xətai Rayon Polis İdarəsinin (RPİ) istintaq şöbəsində əvvəlcə Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə cinayət işi başlanılıb. Daha sonra müğənni barəsində başlanan cinayət işi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Xətai Rayon Məhkəməsinin hökmü ilə M.Tahirqızı 3 il müddətinə azadlıqdan məhrum edilib. Müğənni məhkəmə zalında həbs olunub. Qərardan narazı qalan M.Tahirqızı apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsini apellyasiya şikayətini təmin etməyib. Daha sonra o, Ali Məhkəməyə müraciət edib.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın