Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Manukyan Azərbaycanı Ermənistana nümunə göstərdi

Manukyan Azərbaycanı Ermənistana nümunə göstərdi

“Mövcud vəziyyət göründüyündən çox pisdir. Yalnız torpaq və insanları deyil, ölkənin gələcəyinə də inamımızı itirmişik”.

Bunu Ermənistan müxalifətinin baş nazir vəzifəsinə namizədi olan Vazgen Manukyan gənclərlə görüşü zamanı deyib.

O bildirib ki, bütün baş verənlərdən sonra ayağa qalxıb xəyal etdikləri dövləti yenidən qura biləcəklərmi sualı yaranıb:

“Əminəm ki, bunu edə bilərik. Müharibə hələ bitməyib. Müharibənin aktiv hissəsi bitdi, ancaq özümüzü müdafiəsiz hiss etdiyimiz lokal döyüşlər davam edir. İndi bir nümunə gətirəcəyəm və bu çox pis səslənə bilər. 1994-cü ildə Azərbaycan məğlubiyyətə uğradı və ərazilərini itirdi, xeyli itkilər verdi. Sonra elə bir sənədə imza atdılar ki, torpaqları müharibə yolu ilə geri qaytara bilməyəcəkdilər. Ancaq onlar gələcək zəfərlərini qurmağı bacardılar. İndi bizi eyni şey gözləyir. Ya depressiyaya düşməliyik, ya da gələcək zəfərimizi bu məğlubiyyət üzərində qurmalıyıq”. Azvision.az 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …