Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Maliyyə xəyanətinə görə keçmiş deputatın da həbs xəbəri yayıldı

Maliyyə xəyanətinə görə keçmiş deputatın da həbs xəbəri yayıldı

Bir neçə gündür Azərbaycanda “maliyyə xəyanətlərinə” görə həbs olunan oliqarxlar sırasına daha biri qoşulub.

Qafqazinfo”ya daxil olan məlumata görə, həbs olunan iş adamlarından biri də keçmiş millət vəkili, “Globus Plaza”nın sahibi Dünyamin Xəlilovdur. Əldə etdiyimiz məlumata görə, bir neçə həftədir ki, Plazada ciddi yoxlamalar həyata keçirilir və bunun nəticəsi olaraq mərkəzin sahibi həbs edilib.

İlkin informasiyalara görə, D.Xəlilov Beynəlxalq Bankdakı yeyintilərdə iştirakçılardan biridir. O, Plazanın mühafizəçiləri, xadimələri də daxil olmaqla bir qrup işçinin adına bankdan 3 milyondan artıq vəsait götürməkdə ittiham olunur. İşçilər arasında dünən aparılan yoxlamalardan sonra məlum olub ki, onların özlərinin belə, bu kreditlərdən xəbərləri yoxdur.

Maraqlıdır ki, Beynəlxalq Bankın bir filialı da həmin plazanın 3-cü mərtəbəsində yerləşib. Dünən sözügedən filialın da fəaliyyəti dayandırılaraq oradan köçürülüb.

Qeyd edək ki, bir neçə gündür Azərbaycanda maliyyə fırıldağı ittihamı ilə bir qrup iş adamlarının həbsi ilə bağlı məlumatlar yayılıb. Onlar korrupsiyada, maliyyə fırıldaqlarında, dövlətə məxsus vəsaitləri mənimsəməkdə ittiham olunurlar. Bildirilir ki, həmin şəxslərin əməlləri haqda informasiyalar araşdırılıb və bu fırıldaqlarda iştirak edən hər kəsin cəzalandırılması ilə bağlı adıımlar atılması qərara alınıb. Artıq mətbuat həbs olunanlardan “Xəzər İsland” ın rəhbəri Hacı İbrahim Nehrəmlinin, neft oliqarxı Nizami Piriyevin, Bayraq Meydanının bir neçə gün əvvəl  işdən qovulan rəhbəri Rəşad Məmmədovun adını açıqlayıb.

 

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın