Ana səhifə / Siyasət / Mahal İsmayıloğlunun oğlu yenidən məhkəmə qarşısına çıxacaq

Mahal İsmayıloğlunun oğlu yenidən məhkəmə qarşısına çıxacaq

Dələduzluqda təqsirləndirilən Tural Mahal oğlu Sadıqov barəsindəki hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilib.

Azinforum.az report-a istinadən bildirir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçiriləcək ilkin baxış iclası fevralın 3-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, Bakı şəhər sakini Tural Mahal oğlu Sadıqov etibardan sui-istifadə və ya aldatma yolu ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində tikinti materialları satan Seymur Abbasəli oğlu Yolciyev və Qəhrəman Əhliman oğlu Qulamovdan ayrı-ayrılıqda 2012-ci ilin may-dekabr ayları ərzində hissə-hissə, ümumilikdə cəmi 308 min manat dəyərində müxtəlif tikinti materiallarını nisyə alıb, pulunu ödəməyərək həmin şəxslərə külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə günahlandırılıb.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

2015-ci ilin dekabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə T.Sadıqov bəraət alıb. O, məhkəmə zalından azadlığa buraxılıb. Qərardan narazı qalan T.Sadıqov apellyasiya şikayəti və dövlət ittihamçısı apellyasiya protesti verib.

T.Sadıqov mərhum jurnalist Mahal İsmayıloğlunun oğludur.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın