Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / ”Məzunlar peşə təhsilinə az maraq göstərir” – PROBLEM

”Məzunlar peşə təhsilinə az maraq göstərir” – PROBLEM

Orta məktəb məzunlarının yalnız 11%-i peşə təhsilinə müraciət edir”. Musavat.com xəbər verir ki, peşə bu barədə Təhsil Nazirliyinin İlk peşə-ixtisas təhsili sektorunun müdiri Nigar İsmayılzadə media nümayəndələri üçün keçirilən təlimdə bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, məzunların peşə sahələrinə marağının artması üçün müəyyən işlər görülür: “Hazırda Təhsil Nazirliyinin tabeliyində 114 ilk-peşə ixtisas təhsili müəssisəsi var ki, onun da 34-ü Bakıda yerləşir. Bundan başqa, 45-i peşə liseyi, 61-i peşə məktəbi (8-i cəzaçəkmə müəssisələrinin tərkibində), 2-i tədris mərkəzi var. Həmin peşə təhsili müəssisələrindən 6-sı işğal olunmuş rayonlarda yerləşir və fəaliyyəti dayandırılıb. Naxçıvanda 1 peşə liseyi, 4 peşə məktəbi, Mədəniyyət və Turizm Nazirliyinin 1, Əmək və Əhalinin Sosial Müdafiəsi Nairliyinin Bakı, Sumqayıt, Göyçayda yerləşən tədris mərkəzləri, İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi, Sumqayıt Sənaye Parkı, SOCAR-ın isə 1 müəssisəsi var. Özəl ilk peşə-ixtisas təhsili müəssisələrinin sayı isə 2-dir.
2015-2016-cı il üzrə ilk peşə-ixtisas təhsili müəssisələrində qəbul sayı 16 990 nəfər olub. Orta məktəb məzunlarının yalnız 11%-i peşə təhsilinə müraciət edir. Peşə təhsili məzunlarından 10-11%-i təhsilini davam etdirir. Dövlət peşə-ixtisas təhsili müəssisələrində 5 507 nəfər çalışır ki, onlardan 3 555-i rəhbər və mühəndis-pedaqoji, 1 952-si qeyri-pedaqoji işçilərdir.

Hazırda peşə ixtisas təhsili müəssisələrində ixtisaslar optimallaşdırılır. Gələcəkdə peşə məktəblərinin yataqxanalarla təchiz olunaraq kompleks şəkildə fəaliyyət göstərəcəyi nəzərdə tutulur”.

Nazirlik rəsmisi qeyd edib ki, gələcəkdə Peşə Təhsili Dövlət Agentliyinin yaradılması nəzərdə tutulur: “Burada məqsəd müasir menecment modellərinin tətbiqi, peşə təhsili sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi, istiqamətlərin koordinasiyasında səmərəlik, yeni imic və cəlbedicilikdir. Peşə təhsili sistemində idarəetmə modelinin dəyişilməsi istiqamətində Sinqapur, Koreya, Finlandiya və Almaniya modelləri öyrənilir”.

Mövzu ilə əlaqədar Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin aparıcı məsləhətçisi Hilal Salmanov da çıxış edib. “Əgər hamı ali təhsil alsa peşə sahələrində heç kim çalışmaz” deyə nazirlik rəsmisi qeyd edib.

Musavat.com

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın