Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Mətbuat Şurasından Milli Şuranın bugünkü aksiyası ilə bağlı – Açıqlama

Mətbuat Şurasından Milli Şuranın bugünkü aksiyası ilə bağlı – Açıqlama

Mətbuat Şurası Milli Şuranın bu gün – aprelin 8-də metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı “Məhsul” stadionunda keçirdiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparıb.

Mətbuat Şurasından Mia.az-a verilən məlumata görə, Şuranın Daxili İşlər Nazirliyi ilə birgə həyata keçirdiyi monitorinq zamanı aksiyanı işıqlandıran jurnalistlərlə bağlı hər hansı insidentin qeydə alınmadığı bildirilib:

“Monitorinq qrupu, həm də mitinqdə jurnalistlərə prosesi işıqlandırmaq üçün yaradılmış şəraiti də nəzərdən keçirib. Mövcud istiqamətdə də hər hansı nöqsan nəzərə çarpmayıb.

Jurnalistlər əsasən üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə olublar. Bununla belə, bu zəruri tələbə əməl etməyən kütləvi informasiya vasitələri təmsilçiləri də müşahidə edilib”.

Mətbuat Şurası bildirir ki ki, kütləvi aksiyaları işıqlandıran jurnalistlərin üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə olmamaları yarana biləcək insidentlər zamanı onların hüquqlarının qorunmasını məhdudlaşdırır.

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın