Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Siyasət / “Məsud Yılmazın vəfatı xəbəri məni olduqca kədərləndirdi” – Prezident

“Məsud Yılmazın vəfatı xəbəri məni olduqca kədərləndirdi” – Prezident

Prezident İlham Əliyev Berna Yılmaza başsağlığı verib.

Başsağlığında deyilir:

“Hörmətli xanım Yılmaz.

Həyat yoldaşınız – qardaş Türkiyə Respublikasının dövlət xadimi və siyasi xadim Məsud Yılmazın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır anlarda dərdinizə şərik çıxır, Sizə, əzizlərinizə və yaxınlarınıza dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”.

Həmçinin oxuyun

“Putin Ukraynada qalib gələrsə, bu Azərbaycana da təhlükə törədə bilər”

“Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox …