Ana səhifə / Siyasət / Məşhur yəhudi lider: “Azərbaycan çox heyranedicidir“

Məşhur yəhudi lider: “Azərbaycan çox heyranedicidir“

Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris tviter səhifəsində Azərbaycana səfəri ilə bağlı video paylaşıb.

D.Harris Heydər Əliyev Beynəlxalq Aeroportundan paylaşım edib.

‪O, paylaşımında Azərbaycana səfərlərini xatırladaraq ölkəmizin bir çox mənada heyranedici olduğunu söyləyib. Qeyd edib ki, Cənubi Qafqazda, Xəzər dənizinin sahilində, Rusiya, İran, Gürcüstan və Ermənistanla sərhəddə yerləşən Azərbaycanın dünya üçün önəmi böyükdür.

O deyib: ‪“Bizim üçün Azərbaycanın regional və qlobal əhəmiyyəti böyükdür. Azərbaycanın yəhudi icması üçün də önəmlidir. 2500 ildir ki, yəhudilərin bu ərazilərdə yaşamasına baxmayaraq, heç vaxt anti-semitizmə rast gəlinməyib”.

Devid Harris bildirib ki, uzun illər ərzində Azərbaycan yəhudiləri ilə dünyanın çeşidli ölkələrində qarşılaşıb. Onların hər birinin ortaq cəhəti Azərbaycana bağlılıqlarıdır. Əhalisinin çox hissəsi şiə müsəlmanları olan ölkədə onlar bir ailə kimi birgə, mehriban şəraitdə yaşayırlar. Azərbaycan İsrail dövləti üçün də önəmlidir. Bizim diplomatik əlaqələrimiz var.

Demək olar ki, iki ölkə arasında bütün sahələrdə əlaqələr sıxdır. Bu ölkə strateji əhəmiyyətinə, coğrafi mövqeyinə, zəngin enerji yataqlarına, ABŞ ilə münasibətlərinə, İsraillə əməkdaşlığına, dini tolerantlığına və yəhudi xalqına göstərdiyi hörmətə görə böyük önəm daşıyır. Buna görə mən buraya 13-cü dəfədir gəlirəm”, – deyə Devid Harris vurğulayıb. 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …