Ana səhifə / Siyasət / “Mərkəzi hökumət birlik bağlarını çeynədi, daha sülh və sabitlikdən danışmaq zor olacaq” – Kürd Baş nazir hədələdi

“Mərkəzi hökumət birlik bağlarını çeynədi, daha sülh və sabitlikdən danışmaq zor olacaq” – Kürd Baş nazir hədələdi

İraq parlamentinin Kürd Muxtar Vilayətinə 17 faizlik maliyyəni 12.6 faizə endirməsinin də yer aldığı dövlət büdcəsi layihəsini qəbul etməsi, kürd liderlərini ayağa qaldırıb.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, Kürd Muxtar Vilayətinin Baş naziri Neçirvan Bərzani 2018-ci il dövlət büdcəsinin kürd deputatların etirazına rəğmən qəbul ediməsindən çox ciddi narahat olduqlarını, ancaq Bağdadla siyasi zəmində qarşıdurmaya getməyəcəklərini bəyan edib.

Baş nazir baş verənlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib ki, yeni büdcə layihəsi ittifaq prinsiplərinə ziddidir: “İraq mərkəzi hökuməti və parlamenti bu qərarla birlik bağlarını çeynədi. Biz bundan ciddi qayğılanırıq. Biz bu yeni büdcə ilə yığılıb qalmış və hissə-hissə verdiyimiz maaşları da bundan sonra ödəyə bilməyəcəyik. Bu, həm də sabit bir İraqdan bəhs etməyimizi zorlaşdıracaq. Əgər bu ölkədə sülh və sabitliyin olmasını istəyirlərsə, muxtar vilayətlə konstitusiya çərçivəsində davranmalı və haqqımızı verməlidirlər”.

Jurnalistlərdən biri kürd siyasətçilərin Bağdad parlamentindən çəkilmə ehtimalı haqda sual verib.

Baş nazir deyib ki, İraq Kürd Muxtar Vilayətinin haqlarını qorumaq üçün İraq parlamentindən çıxmayacaqlar: “Biz, eyni zamanda, kürd kökənli İraq prezidenti Fuad Masumdan da kürd müxtariyyətinin və xalqının haqlarından yana mövqe bildirməsini gözləyirik”.

Xatırladaq ki, yeni büdcə layihəsinə müxtariyyətin keçmiş lideri Məsud Bərzani də etirazını bildirib. O, xalqa müraciətində “Artıq İraq Kürd Muxtar Vilayətindəki bütün tərəflərin bir araya gəlib, İraq mərkəzi hökumətinə birgə cavab vermə vaxtı çatıb. Bunun üçün də bütün maraqlı tərəflər vəziyyətə uyğun ortaq qərar verməlidir”, – deyə bildirib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …