Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Mərkəzi Bankın ehtiyatları bir neçə aya tükənə bilər

Mərkəzi Bankın ehtiyatları bir neçə aya tükənə bilər

Mərkəzi Bankın (MB) bir ay ərzində ortalama olaraq 1,2 mlrd. manat milli valyutanın dəyərinin qorunub-saxlanması üçün pul xərcləyib. Bu 1 gün ərzində 40 mln. manatın intervensiya üçün sərf olunduğunu göstərir. Bu 8 gün ərzində 320 mln. manat edir. Amma MB son 8 gün ərzində isə 750 mln. manat xərclədi. Düşünülə bilər ki, ola bilsin, bir həftə daha çox, digər həftə ondan daha az vəsait xərclənə bilər. Burada qeyri-adi nə var ki?

Tez qərar verməyə tələsməyin. Əgər iqtisadiyyatın özünün təbii axarına qalsa, onda valyuta dalğalanmaları sərt amplitudalarla getməli deyil. Əgər o varsa, iqtisadiyyatda kənar impulslar və ya bazar iştirakçılarının davranışlarında hansısa tendensiyalar müşahidə olunur. Bunu dərindən təhlil edib monetr proseslərə yön vermək haqqında düşünməyə ehtiyac yaranır.

Nə baş verdi ki, valyuta bazarında bu qədər dollar yığımı həyata keçirildi və MB nəzərdə tutulduğundan artıq məbləğdə vəsaitin intervensiyası üçün qərar verdi?

Burada bir neçə ağlabatan versiyanı istisna etmirəm.

Birinci versiya, Dövlət Neft Fondunun valyutanın satışını dayandırmağa qərar verəndən sonra Mərkəzi Bankın əməliyyatlara artıq vəsaitə tələbin formalaşması ilə bağlılığı var. Valyutanın satış kanalının daralması digər birində satış həcminin artımını bu səviyyədə şərtləndirməli deyildi. Amma bu oldu.

İkinci versiya, FED-in uçot stavkasının yüksəldilməsi dollara tələbi artıracaq ki, bu da hələ ki, daha çox bahalaşmayan dollarla yığımların edilməsi və ya onun bahalı bir valyuta kimi saxlanmasını zəruri etdi. Buna görə, “süni tənəffüz sisteminə qoşulmuş” manatla yığımdansa, əməliyyatları və yığımları dollarla həyata keçirmək daha çox tərcih olunur.

Üçüncü versiya, “ABŞ-ın Demokrataiya Aktı” layihəsinin müzakirəyə çıxarılacağı və onun təsirinə düşən sanksiyaların əhatə etdiyi oliqarxiyanın hazırlıq tədbirlərinə başlaması ilə bağlı ola bilər. Bu, ölkədən xaricə pul axınının güclənməsi üçün əsas ola bilər.

Hər bir halda may ayına qədər MB-ın ehtiyatlarının tam əriyəcəyini proqnozlaşdırdığımız halda, deyəsən, daha erkən ortada bir şey qalmayacaq. MB-ın yalnız bir həftə ərzində 750 milyon manatın intervensiyasından sonra bank ehtiyatlarının 6,2 mlrd. manatdan 5,5 mlrd. manat düşməsi belə düşünməyə əsas verir.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın