Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Mərkəzi Bankın adından saxta məktub yayıldı – Dollar 1.2 manat

Mərkəzi Bankın adından saxta məktub yayıldı – Dollar 1.2 manat

Mərkəzi Bank martın 18-dən dolların qiymətinin düşəcəyi ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlər haqda açıqlama yayıb.

Qurumun mətbuat xidmətindən bildirilir ki, sosial şəbəkələrdə guya Mərkəzi Bank tərəfindən 18 mart 2016-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı məzənnəsinə dair kommersiya banklarına ünvanlanan məktub yayımlanıb. Mərkəzi Bank bildirir ki, məktub saxtadır, ictimaiyyət arasında çaşqınlıq yaratmaq məqsədi daşıyır. Manatın ABŞ dollarına nisbətən məzənnəsi Mərkəzi Bankın bəyan etdiyi idarə olunan üzən məzənnə siyasəti rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklif əsasında müəyyən olunur.

mia.az

Mərkəzi Bankın adından saxta məktub yayıldı -  Dollar 1.2 manat

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın