Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Mərkəzdə də “penoplast”ların sökülməsinə başlanıldı- Fotolar

Mərkəzdə də “penoplast”ların sökülməsinə başlanıldı- Fotolar

Binəqədi rayonunda baş verən yanğından sonra paytaxtın digər rayonlarında da “penoplast” üzlüklərin sökülməsi iki gündür ki, davam edir.

Qafqazinfo”nun verdiyi xəbərə görə, bu gün Nərimanov rayonunda da binalarda üzlüklərin sökülməsinə başlanılıb.

Heydər Əliyev Mərkəzinin yaxınlığında, Təbriz prospektində yerləşən 9 mərtəbəli yaşayış binasında artıq üzlüklər sökülür. Məlumata görə, binalardakı üzlüklər tamamilə çıxarılacaq. Nərimanov metrostansiyası ətrafında 45 binanın üzlüklərdən təmizlənməsi planlaşdırılır. Yaxınlıqda “penoplast” üzlüklər olsa da, söküntü aparılmayan binaları isə 24 saat polis əməkdaşları mühafizə edir.

Hazırda Təbriz küçəsi 11 və 136 ünvanlarından yerləşən binalardan söküntü fotolarını təqdim edirik.

 

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın