Ana səhifə / Siyasət / Mərhum Məhəmməd Hatəmi dəfn edilib – FOTOLAR

Mərhum Məhəmməd Hatəmi dəfn edilib – FOTOLAR

Xəbər verdiyimiz kimi milli-azadlıq hərəkatının liderlərindən olan, hərəkat dövründə yaradılan “Çənlibel” təşkilatının qurucusu Məhəmməd Hatəmi Tantekin bu gün  81 yaşında dünyasını dəyişib.
Mərhumla vida mərasimi Naxçıvanski küçəsi 56 ünvanında, onun yaşadığı evdə keçirilib. M. Hatemi vida mərasimindən sonra Bülbülə kənd qəbiristanlığında, valideynlərinin yanında dəfn edilib. Dəfn mərasimində milli-azadlıq hərəkatının fəalları, mərhumun döyüş və mübarizə yoldaşları, eləcə də ölkənin tanınmış ictimai-siyasi xadimləri iştirak ediblər.
Qeyd edək ki, Məhəmməd Hatəmi Tantəkin milli-azadlıq mübarizəsinin ilk təşkilatlarından olan “Çənlibel” Cəmiyyətinin qurucuları sırasında yer alıb. 1988-ci il noyabrın 17-də keçmiş Lenin, indiki Azadlıq meydanında başlanan ümumxalq mitinqlərinin təşkilatçılarından biri olub. 1988-ci il dekabrın 4-də sovet qoşunları meydanı dağıtdıqdan sonra həbs edilib.
 M.Hatəmi 90-cı illərdə Milli Qurtuluş Partiyasını təsis edib. Qarabağ cəbhəsində “Milli Qurtuluş” batalyonunun tərkibində döyüşlərdə olub.
Əli Rais

















Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın