Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Mərhum Elçibəyin oğlu:”Toyum bir neçə dəfə təxirə düşüb…Danışmaq istəmirəm”

Mərhum Elçibəyin oğlu:”Toyum bir neçə dəfə təxirə düşüb…Danışmaq istəmirəm”

“İşlərim qaydasındadır. Səhərlər durub hər kəs kimi işimə yollanıram. Elə bir ciddi çətinliyimiz də yoxdur. İldə bir dəfə atamın doğulduğu Kələkiyə baş çəkirəm”.
Bunu açıqlamasında mərhum eks prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev deyib. (modern.az)

Ərturqut Əliyev həmişəkindən fərqli olaraq, nədənsə, toyunun gecikməsi ilə bağlı konkret nəsə danışmaq istəmədiyini dilə gətirib: “Vaxtaşırı toyumla bağlı mətbuata məlumat vermişəm. Bir neçə dəfə toyun tarixi bəlli olsa da, toy məsələsi təxirə düşüb. İndi isə toyumun nə vaxt olacağı barədə danışmaq istəmirəm. Təəssüf ki, sizə “məhərrəmlikdən sonra toy etməyi düşünürəm” kimi məlumat da verə bilməyəcəm. Ümumiyyətlə, o mövzuya toxunmağınızı istəməzdim”.

Mərhum eks prezident Əbülfəz Elçibəyin adının əbədiləşdirilməsi məsələsinə gəlincə, Ərturqut Əliyev bunun tezliklə həll olunacağına ümid etmədiyini deyib: “Bu işlə əmim məşğul olur. Müraciət də edib. Amma, bu, vaxt aparan işdi. Qısa vaxtda həll olunacağına inanmıram”.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın