Ana səhifə / Siyasət / “Mənim üçün həmişə Ağdam yox, Şuşa maraqlı olub”

“Mənim üçün həmişə Ağdam yox, Şuşa maraqlı olub”

“Mən həmişə deyirdim və indi də bir daha təkrar edirəm, Qarabağ işğaldan azad olunandan sonra bizim şəhid analarımızın gözyaşları o torpaqlarda çiçək, gül açacaq, nar, palıd kimi bitəcək və bu gün şəhidlər də orda bu cür bitirlər, pöhrə verirlər”.
Bunu Moderator.az-a açıqlamasında yazıçı, millət vəkili Aqil Abbas deyib. A.Abbas Şuşanın işğaldan azad olunmasının həyatında ən böyük xoş xəbər olduğunu bildirib:
“Əvvəla bütün xalqımızı, hamınızı, Ali Baş Komandanımız başda olmaqla, əsgərlərimizi təbrik edirəm, çünki biz belə bir şad xəbər aldıq. Mən həmişə deyirdim və indi də bir daha təkrar edirəm, Qarabağ işğaldan azad olunandan sonra bizim şəhid analarımızın gözyaşları o torpaqlarda çiçək, gül açacaq, nar, palıd kimi bitəcək və bu gün şəhidlər də orda bu cür bitirlər, pöhrə verirlər. Bundan gözəl nə gün ola bilər? Şuşanın işğaldan azad edilməsi həyatımda aldığım ən böyük xoş xəbərdir, bundan xoş xəbər olmayıb və olmayacaq. Mənim üçün həmişə Ağdam yox, Şuşa maraqlı olub. İnşallah görəcəksiniz bir neçə günə Laçın, Kəlbəcər və digər rayonlarımız da işğaldan azad olunacaq.  Sizə onu da deyim ki, mənim əslim Kəlbəcərlidir, biz Kolanlıyıq. Mənim bütün uşaqlığım, gəncliyim Kəlbəcərdə keçib. İndi Şuşadan sonra Kəlbəcərin işğaldan azad edilməsini arzulayıram. Daha sonra isə Ağdamın xəbəri gələcək. Ağdam Şuşadan sonra Qarabağın paytaxtıdır, qeyri-adi bir şəhərdir”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …