Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / “Mənim qisasımı övladımdan aldılar” – Eldar Sabiroğlunun açıqlaması

“Mənim qisasımı övladımdan aldılar” – Eldar Sabiroğlunun açıqlaması

Sabiq deputat oğlu Rüfət Səfərovun həbsinin arxasındakı məqamları açıqladı

“Üzümə açıq qapı görmürəm”
YAP-çı, «91-lər»in üzvü, keçmiş deputat və Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş Eldar Sabiroğlu oğlu, Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovun həbsi və onun arxasındakı detallar barədə danışıb. Musavat.com-a açıqlamasında E.Sabiroğlu öncə “üzümə açıq qapı görmürəm” deyib. Onun sözlərinə görə, oğlu Rüfəti qeyri-rəsmi söhbət adı ilə Baş Prokurorluğun Korrupsiya ilə Mübarizə Baş İdarəsinə dəvət edərək dindirməyə başlayıblar: “Təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilən Rüfət Səfərovun barəsində həbs qətimkan tədbiri secilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci maddəsi ilə mühakimə olunub. Beləliklə, oğlum Binəqədi rayon Məhkəməsinin 7 dəqiqəlik qəraraı ilə azadlıqdan məhrum olunmuşdur. Məhkəmə onu 4 aylıq həbslə Nərimanov rayon müvəqqəti saxlama təcridxanasına yerləşdirmişdir. Bir valideyn kimi narahatlıq keçirsəm də, baş İdarənin və rayon məhkəməsinin gəldiyi qərara müdaxilə etməyi, onu kölkə altına salmağı hələlik yolverilməz hesab edirəm. İstintaq prossesini izləyərək gəldiyim nətiçələr haqda daha konkret açıqlamalarla çıxış edəcəyimə yəqin ki, imkan olacaq”.
E.Sabiroğlu deyib ki, rüşvət alma maddəsi ilə təqsirli bilinən R.Səfərov barədə bəzi hüquq pozuntularına elə ilkin prosesdən start verilib: “Mən buna cox təəccüb edirəm. Necə ola bilər ki, rüşvətlə ittiham olunan şəxsə qarşı hər hansı bir cinayət faktı sübuta yetirilmədiyi, daha dəqiq desəm, əldə hansısa maddi dəlil olmadığı halda tələsik qərar qəbul olunur. Bu göstərir ki, Rüfətlə bağlı həbs qəti-imkan tədbiri sifariş əsasında həyat keçirilmişdir. Zərərcəkmiş şəxslər dindirilmədən və hər hansı üzləşmə aparılmadan hüquq orqanının belə sərt addım atması həqiqətən müyyən suallar meydan çıxarır. Əslində sifarişin açıq-aşkar verildiyi göz önündə dayandığından nə korrupsiya üzrə baş idarədə, nə də bizim məhkəmə orqanlarında günah görmürəm”.
Müsahibimiz oğlunun həbsi prosesində baş verən qanunsuzluqarı aşağıdakı kimi sıralayıb: “Birincisi, oğlu Rüfət işlədiyi müddətdə rüşvət almışdırsa həmin “zərərcəkmişlər” bu günədək harada idilər, yaxud rayon prokuroru bunu bildiyi halda nəyə görə yuxarı orqan qarşısında məsələ qaldırmamışdır? İkincisi, hüquq pozuntularına “yol verdiyi” halda, nümunəvi xidməti fəaliyyətinə görə Baş Prokurorun onu fəxri mükafata layiq görməsini necə başa düşək? Üçüncüsü, hesab edirəm ki, diqqətdən qaçmayan daha ciddi uyğunsuzluq oğlum Rüfətin baş prokurorun onu vəzifədən azad etmə əmri ilə bağlıdır. Artıq buna qədər onun kirayənşin yaşadığı mənzildə məhkəmə qərarı olmadan axtarışın aparılması, əsassız olaraq oğluma məxsus əmlakın götürülməsi sübut edir ki, elə başlanğıçdan iş hüququn imkanlarından kənara cıxaraq sifariş əsasında icra edilmişdir?. Dördüncüsü, heç bir dəlil-fakt meydana cıxarılmadan, Rüfətin bəyanatı köklü şəkildə araşdırılmadan və onu bu ümumi narazılıq əhvalına gətirən səbəblər öyrənilmədən tələm-tələsik prokurorluq orqanından xaric edilməsi haqda məlum qərar da olduqsa mübahisəli və qaranlıq görünür. Aydınlıq xatirinə qısaca izahım belədir ki, əmrin özünü oxuyarkən movcud hüququ ziddiyyətlərin necə baş verdiyinə şahid ola bilərsiniz. Nəhayət, ritorik bir sual: – birdən N saylı başqa rayon prokurorluğunda oxşar hadisə baş verərsə, müstəntiq hər hansı motivə söykənərək bir bəyanatla vəzifəsindən istefa verərsə, onun üzünə dayanacaq zərərcəkmiş şəxslər tapılıb qoyulmadan yenəmi eyni qaydada korrupsiya əlamətlərinə əsaslanıb həbs qərarını asanlıqla qəbul etməyi özünüzə rəva görərsiniz ?! Ağır işdir. Təəssüf ki, suallarıma cavab tapacaq bir ünvanın qapısını acıq görmürəm. Gənc bir insanın həyatı bax belə puç olur… Mənim qisasımı övladımdan aldılar. Amma mən kimsənin balasına pis gün arzulamıram!”

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın