Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Məndə 4 milyon nə gəzir? – Saxlanma xəbəri yayılan bankir

“Məndə 4 milyon nə gəzir? – Saxlanma xəbəri yayılan bankir

“Sizi inandırım ki, həyatım boyu 4 milyon dollar pul görməmişəm. Hazırda mənim adıma olan mənzil də ipotekadadır. Nəğd heç nəyim yoxdur”
Bunu Azvision.az-a açıqlamasında ötən həftə həbs xəbəri yayılan “Bank Technique” ASC-nin Xəzər filialının direktoru Fərid Məmmədov deyib.
Bankir haqqında yazılan xəbərləri yalanlarayaq, bu məlumatları yayan şəxsləri məhkəməyə verəcəyini bildirib.
“Vallah mən bilmirəm, 4 milyon dollar məsələsi nə idi? Kim nə yazıbsa, özü bilər. 4 milyon dollar məndə nə gəzir? Hər şeyim kreditdədir. Niyə belə yazırlar, başa düşə bilmirəm, dilim tutulur. Mənə inanmayanlar ofisə gəlsinlər, baxıb görsünlər ki, məndə 4 milyon dollar var, yoxsa yoxdur”.
bitmap-img6
Xatırladaq ki, bank direktorunun həbsi ilə bağlı çıxan yazıda əməliyyat zamanı onun ofisindən 4 milyon ABŞ dollarının götürüldüyü qeyd olunub.
F. Məmmədov Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovun qardaşıdır.

 

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın