Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Mən Şuşaya köçmək istəyirəm” – İcra başçısı

“Mən Şuşaya köçmək istəyirəm” – İcra başçısı

“Qarabağın erməni icması var ki, onlarla görüşüb bir araya da gələ bilək?!. Biz onlara müraciət edib görüş barədə nəsə desək, Ermənistan hakimiyyəti icmanın dərsini elə verər ki, bir də görüşlə bağlı müraciətə razılıq verməzlər. Həm də ermənilərin icması yoxdur. Gündə bir fikrə düşürlər. Ona görə də yaxın vaxtlarda görüş gözlənilmir”.

Bunu Modern.az-a açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov deyib.
İcmanın rəhbəri Cocuq Mərcanlıda icmanın ofisinin açılması məsələsinə də münasibət bildirib.
“Cocuq Mərcanlıya gedib ilk namazımızı qılmışıq. Azan da oxunub. Güman ki, Cocuq Mərcanlıda bizim icmanın üzvlərindən nə vaxtsa ola bilər. Hələlik, ofis açmaq barədə düşünmürük. Mən Şuşaya köçmək istəyirəm”.

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …

Bir cavab yazın