Ana səhifə / Siyasət / “Mən İlham Əliyevə səs vermək istəyirəm” – Yerevan sakini

“Mən İlham Əliyevə səs vermək istəyirəm” – Yerevan sakini

Yerevan küçələrində keçirilmiş sorğu çərçivəsində bir nəfər Azərbaycan Prezidenti İlham Əliyevə səs verməyə hazır olduğunu bəyan edib.

Bu barədə “Vestnik Kavkaza” xəbər yayıb. Belə ki, “Bu gün Ermənistanda prezident seçkiləri keçirilsəydi kimə səs verərdiniz?” sualına cavab olaraq həmin şəxs “Yalnız Əliyev” deyib.

Ermənistan vətəndaşı öz seçimini ölkədəki vəziyyətlə izah edib.

“Görmürsünüz, rəhbərlik – istər əvvəlki, istərsə də bugünkü, – bizi hara gətirib çıxardı? Onları yandırmaq və zibilə atmaq lazımdır”, – deyə respondent əlavə edib.

Virtualaz.org

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …