Ana səhifə / Siyasət / “Mən Azərbaycanda doğulmuşam, Ermənistanda yox, pasportumu dəyişin” – ÇAĞIRIŞ

“Mən Azərbaycanda doğulmuşam, Ermənistanda yox, pasportumu dəyişin” – ÇAĞIRIŞ

“Ölkəmizdə bəzi vətəndaşlarımız Qərbi Azərbaycanda doğulub, lakin onların şəxsiyyət vəsiqələrinə “Ermənistan SSR” və ya Ermənistan Respublikası yazılır. Hesab edirəm ki, bu sahədə dəyişiliklərə ehtiyac var”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni deyib. O, bildirib ki, Azərbaycan müstəqil dövlətdir və konstitusiyamız bu dəyişilikliyi etməyə əsas verir:

“Təbii ki, SSRİ vaxtında buna imkan verilməzdi, amma müstəqillik dövründə bu məsələni həyata keçirə bilərik. Bu məsələ, çox ciddi məsələdir. Ermənilər orada yer adlarımızı dəyişdiriblər, biz də burada bununla razılaşırıq və şəxsiyyət vəsiqəmizə Ermənistan Respublikası yazırıq. Ulu Öndər tərəfindən qəbul olunmuş konstitusiyamız bizə əsas verir ki, mənim doğulduğum və ya bir başqasının doğulduğu yer olduğu kimi yazılmalıdır.  Tutaq ki, doğulduğumuz yer Zəngəzur mahalladırsa, oranın adı qeyd olunmalıdır. Nə üçün Ermənistan Respublikası kimi qeyd olunur? Ora əvvəllər Ermənistan SSRİ sayılıb. Mənim öz şəxsiyyət vəsiqəmdə olduğu kimi yazdırmaq hüququm var. Beynəlxalq hüquqa görə, biz özümüzü Xalq Cümhuriyyətinin varisi elan ediriksə, Xalq Cümhurriyətinin 114 min kvadrat kilometr ərazisi bizə miras qalıb, bizim buna tam haqqımız var. Bundan irəli gələrək, azərbaycanlılar öz hüquqlarını bərpa etməlidirlər. Konstitusiya aktının birinci maddəsində Azərbaycan  öz müstəqilliyini bərpa edib. Digər maddədə SSRİ imzalandığı andan hüquqi əsasını itirir. Nə deməkdir, bu? Yəni, 1922-ci ilin 30 dekabrından – 1991-ci ilin 31 avqust və Konstitusiya aktı qəbul olunana qədər SSRİ adından qəbul olunmuş qərarlar hüquqi əsasını itirir. Hüquqi əsasını itirirsə, onda bizim hüququmuz yaranır. Ermənistan SSRİ yazılırsa, hüquqi əsasını itirir, yəni gerçək və müstəqil adını yazmalıyıq”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …