Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Məktəb direktorunu döyən aktyora və bacısı oğluna cinayət işi açıldı

Məktəb direktorunu döyən aktyora və bacısı oğluna cinayət işi açıldı

Məktəb direktorunu döyən “Drakon” ləqəbli aktyor Rza Rzayevə cinayət işi açılıb.

“ Azinforum.az ” Musavat.com-a istinadən xəbər verir ki, Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində aparılan araşdırmadan sonra Rza Rzayevə Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxsin əməli sübuta yetirilərsə, onu üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

İş baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, Rza Rzayevin bacısı oğlu Toğrul İbrahimli barəsində də cinayət işi başlanılıb. Cinayət Məcəlləsinin 221.2.3 maddəsi ilə şübhəli bilinən Toğrul İbrahimli dayısı ilə birgə direktora hücum edib.

Xatırladaq ki, aktyor Rza Rzayevlə 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev arasında uzun müddətdir davam edən qalmaqal sonradan əlbəyaxa dava ilə nəticələnmişdi.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …