Ana səhifə / Siyasət / Məkkədə vəfat edən zəvvar qadının əri: “Komadan ayılmadı…”

Məkkədə vəfat edən zəvvar qadının əri: “Komadan ayılmadı…”

Xəbər verdiyimiz kimki, bu gün Məkkədə daha bir azərbaycanlı zəvvar – Kəklik Aslanova dünyasını dəyişib.

APA TV-nin xəbərinə görə, mərhumənin həyat yoldaşı Elçin Aslanov bildirib ki, Kəklik Aslanovanın təzyiqi qəflətən aşağı düşüb və həkimlərin səyi heç bir nəticə verməyib: “Bədəni dözmədi, komaya düşdü. Əvvəlcə çalışdıq özümüz ayıldaq, ayılmadı. Sonra təcili yardımla xəstəxanaya apardıq. Orda baxıb analiz elədilər, dedilər qanda sidik turşusu artıb, o da böyrəklərə təsir edib. Böyrəklərin fəaliyyəti zəifləyib, koma vəziyyətinə düşüb”.

Elçin Aslanov onu da bildirib ki, Kəklik Aslanova sentyabrın 27-də elə müqəddəs torpaqda dəfn olunacaq. Orada mərhum zəvvarın 3 və 7 mərasimləri təşkil ediləcək. Eyni zamanda həmin gün Abşeron rayon Masazır qəsəbəsində ailəsi tərəfindən Kəklik Aslanovanın yas mərasimi keçiriləcək.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın