Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Məkkə faciəsinin səbəbi bilindi: 28 edam

Məkkə faciəsinin səbəbi bilindi: 28 edam

Məkkədə 750-dən artıq zəvvarın ölümü, 1000-ə yaxın insanın yaralanması ilə müşahidə edilən faciəyə Səudiyyə Ərəbistanı kralının oğlunun Məhəmməd bin Salmanın səbəb olduğu iddia edilir.   Trend-in məlumatına görə, Livanda nəşr olunan qəzetlərdən biri iddia edir ki, Məhəmməd bin Salmanın kortejinin Mina dağına getməsi ilə əlaqədar digər hacıların hərəkət istiqamətinin təcili olaraq dəyişdirilməsi üzündən yüzlərlə hacı bir-birinin üzərinə yıxılıb və onların çoxu dünyasını dəyişib.

M.Salmanın yüzlərlə hacının ölümünə səbəb olan Həcc mərasimi məsullarından ibarət siyahı hazırlanıb. Ərəbistanının şəriət məhkəməsi bu siyahıda yer alan adların edamına qərar verib. Belə ki, bu hadisəyə görə saxlanılan 28 nəfərin edam ediləcəyi gözlənilir.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın