Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Mədət Quliyev Zəlimxan məmmədlini qəbul etdi…

Mədət Quliyev Zəlimxan məmmədlini qəbul etdi…

“Borçalı” İctimai Cəmiyyətinin mətbuat xidmətindən  yayılan məlumata görə,  Azərbaycan Respublikasının Milli Təhlükəsizlik nazirinin birinci müavini cənab Mədət Quliyev “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədlini bu gün qəbul edib: “Görüş Zəlimxan Məmmədlinin Gürcüstana girişinə qoyulan yasaq qərarı və bu qərarın qəbulunda Azərbaycan əlinin olması haqqında qeyri dəqiq məlumatlar və milli təhlükəsizliyimizlə bağlı digər məsələlərin aydınlaşdırılması xahişi ilə rəsmi müraciətindən sonra baş tutmuşdur. Qaldırılan problemlərlə bağlı Nazir operativ olaraq müvafiq strukturlara tapşırıqlar vermişdir.

Zəlimxan Məmmədli bildirdi ki, cənab Nazir məni çox səmimi qəbul edərək dinlədi. Qaldırılan məsələlərə anlayışla yanaşdı. MTN-nin əvvəlki rəhbərliyində təmsil olan insanların məsuliyyətsizliyi ucbatından yaranmış problemlərin, o cümlədən mənim haqqımda Gürcüstana giriş yasağı qərarının araşdırılması və hüququmun təmin olunası istiqamətində səlahiyyətləri çərçivəsində araşdırma aparıb, müvafiq addımlar atılacağını bildirdi. Cənab Nazir əvəzinin bu operativliyi və səmimiliyi deməyə əsas verdi ki, Milli Təhlükəsizlik orqanlarının son dövrlər zədələnmiş nüfuzu ən yaxın zamanda tam bərpa oluna bilər”.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın