Ana səhifə / Siyasət / Mədət Quliyev yeni komissiya yaratdı – SİYAHI

Mədət Quliyev yeni komissiya yaratdı – SİYAHI

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibi açıqlanıb.

Tərkib Azərbaycan prezidentinin 30 oktyabr 2015-ci il tarixli sərəncamına uyğun olaraq müəyyənləşib.

Dövlət Komissiyasının sədri general-leytenant, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev, katibi Firudin Sadıqovdur.

Komissiyanın İşçi qrupunun rəhbəri İsmayıl Axundov, İşçi qrupu rəhbərinin müavini Eldar Səmədovdur.

Komissiyasının üzvləri isə daxili işlər nazirinin müavini Oruc Zalov, xarici işlər nazirinin müavini Xələf Xələfov, səhiyyə nazirinin müavini Abbas Vəlibəyov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov, hərbi prokuror Xanlar Vəliyev, müdafiə nazirinin müavini Kərim Vəliyev, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, Şuşa Rayonu İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC) baş direktoru Aslan Aslanov, təhsil nazirinin müavini Ceyhun Bayramov, Milli Məclisin sabiq deputatı Rəbiyyət Aslanova, Milli Məclisinin deputatı, AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, deputat, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, deputat, Azərbaycan Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Şurasının sədr Azay Quliyev, deputat, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə, deputat, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri Novruz Aslanov, Azərbaycan qadınları Bakı Assosiasiyasının sədri Zərifə Salahova, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Salman Musayev, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov, Milli Mətbuat Şurasının sədri Əflatun Amaşov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Olaylar” İnformasiya Agentliyinin baş direktoru Yunis Əliyev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidov və “Azərnyus” qəzetinin baş redaktoru Sevil Mikayılovadır. Reportr.az

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın