Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Lujkov: “Telman İsmayılov adam öldürən deyil”

Lujkov: “Telman İsmayılov adam öldürən deyil”

Moskvanın keçmiş meri Yuri Lujkov əmindir ki, iş adamı Telman İsmayılov qətl törətməyə qadir adam deyil.

“İsmayılov qətllərlə bağlı qərarlara qadir adam deyil. O. Biznesdə sülhə meylli insandır”, – virtualaz.org xəbər verir ki, “Qovorit Moskva” radiosu Lujkovun sözlərinə istinad edib.

Bununla belə, Lujkov iş adamı İsmayılovun hazırda nə ilə məşğul olması ilə bağlı sualı cavablandıra bilməyib.

“Onun biznesindən xəbərim yoxdur. İsmayılovun yaratdığı təəssüratla bağlı bildirirəm ki, o, hər zaman öz biznesinin inkişafına çalışıb, kömək əlini uzadıb ki, Moskvada mədəniyyətimiz tama dağılıb getməsin”, – deyən Lujkov əlavə edib ki, Telman İsmayılov Rusiya paytaxtının həyatında “çox ciddi müsbət rol” oynayıb.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …