Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Londonun müsəlman merinin sözləri narazılıq yaratdı

Londonun müsəlman merinin sözləri narazılıq yaratdı

Terror hücumları böyük şəhərlərin ayrılmaz hissəsidir.

Axar.az “İndependent” nəşrinə istinadən xəbər verir ki, bu açıqlama ilə Londonun ilk müsəlman meri Sadiq Xan çıxış edib. O, londonluları bu kimi hücumlara qarşı sayıq olmağa çağırıb və ölənlərin yaxınlarına başsağlığı verib.

Merin bu sözləri sosial şəbəkələrdə böyük etirazla qarşılanıb.

Xatırladaq ki, bu gün Britaniya Parlamentinin yaxınlığında atışma baş verib, ərazidəki polislərdən biri bıçaqlanıb və həlak olub. Hazırda 4 nəfərin dünyasını dəyişdiyi, 20 nəfərin yaralandığı haqda məlumat var.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın