Ana səhifə / Siyasət / Londonda Qarabağ müzakirəsi – Zakir Həsənov Maykl Fallonla bir araya gəldi (FOTO)

Londonda Qarabağ müzakirəsi – Zakir Həsənov Maykl Fallonla bir araya gəldi (FOTO)

Londonda səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniyanın müdafiə naziri Maykl Fallon ilə görüş keçirib.

Bu barədə Mia.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib  ki, Azərbaycan ilə Böyük Britaniya müdafiə nazirləri səviyyəsində ilk dəfə olaraq təşkil olunan rəsmi görüşdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən ölkələrimiz arasında bütün sahələrdə, xüsusilə hərbi sahədə münasibətlərin inkişaf etdirilməsi məsələləri müzakirə olunub, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb:

“Eyni zamanda ikitərəfli əsasda və NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramı çərçivəsində keçirilən tədbirlərdə, o cümlədən sülhməramlı əməliyyatlarda Azərbaycanın fəal iştirakı xüsusi qeyd olunub. Tərəflər iki ölkə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığa dair geniş fikir mübadiləsi aparıb və əməkdaşlığın gələcək perspektivlərini müzakirə ediblər”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın