Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Loğman” klinikasının kobud “qaydalar”ı
SAMSUNG DIGITAL CAMERA

“Loğman” klinikasının kobud “qaydalar”ı

“Loğman” Klinikasındakı kobud “qaydalar” vətəndaşları aşağılayır

Ötən gün Bakı şəhəri, Nizami rayonu,Ə.Hacıyev 12 -də fəaliyyət göstətərən ”Loğman” klinikasına müraciət edən vətəndaş işçilərin kobud ifadələri ilə yola salınıb. Klinikanın işçiləri sistem köçürdülməsi üçün müraciət edən vətəndaşa qarşı hörmətsizlik nümaiş etdiriblər.

Gunxeber.com-a müraciət edən vətəndaşın dediklərindən: “Dünən sistem köçürdülməsi üçün “Loğman” klinikasına müraciət etməli oldum. Kassaya 6 manat pul ödədikdən sonra mənim 3-cü mərtəbəyə çıxmağımı istədilər. Mən və yoldaşım yuxarı mərtəbəyə doğru hərəkət edən zaman işçilər bizi geri qaytardı və yuxarı tək qalxmağımı dedilər. Mən buna etraz etdim və uzun zaman yoldaşımın aşağı mərtəbədə dayanmasını istmədəiyimi bildirdim. Bu zamanan işçilər mənimlə razılaşmadı və dedilər ki, bizim öz qayda və qanunlarımız var. Məcbur qalıb klinikanı tərk etməli olduq. Klinikadan çıxan zaman işçilərdən birindən bu ifadələri eçitməli oldum; “Bunlar kimdilər ki, yuxarıya iki nefer çıxsınlar” bu ifadələri qapıdan çıxarkən eşitdim və qərara gəldim ki, mətbuata müraciət edim”

Qeyd edək ki, Loğman klinikası MMC 2005 ildən fəaliyyətə başlayıb.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın